...

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə iş açılıb -- şəhər prokurorunun I müavini

Hadisə Materials 16 Yanvar 2009 19:41 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə iş açılıb -- şəhər prokurorunun I müavini

Azərbaycan, Bakı, 16 yanvar / Trend ,  müxbir S.Kazımlı/ Bakıda cümə günü "Memar Əcəmi" metro stansiyası yaxınlığında Cavadxan 30 ünvanında, yaşayış binasında baş verən partlayışla bağlı cinayət işi açılıb, Trend - a Bakı şəhər prokurorunun I müavini Fazil Həsənəliyev deyib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə laqeyd münasibətində ağır nəticələrə səbəb olan hadisə (314.2-ci) maddəsi ilə cinayət işi açılıb,-  Həsənəliyev bildirib.

Onun sözlərinə görə, ilkin ehtimala görə, hadisə qaz sızmasından baş verib. Partlayışın binanın 57 və ya 60 - cı mənzilində baş verdiyi güman edilir.

Musa Nağıyev adına xəstəxanadan Trend -un müxbirinə bildirdiklərinə görə, xəstəxanaya çatdırdıqları həlak olanın üzərində Tahirov Osmanın adına şəxsiyyət vəsiqəsi tapılıb. Həlak olanın üzü tanınmaz olduğu üçün, onun şəxsiyyətini qəti olaraq müəyyən etmək mümkün olmayıb.

Hazırda Musa Nağıyev adına xəstəxanada yerləşdirilmiş yaralıların adı açıqlanıb- Tural Qafarov, Fərqanə Bağırova, Əvəz Abdullayev, Elçin Əliyev, Könül Vəliyeva, Həsən Məmmədli, Yunus Mikayılov, Şərqiyə Şahbazova, Qaraş Əliyev. Həlak olan - Osman Tahirov.

Ümumilikdə, Musa Nağıyev adına xəstəxanaya doqquz zərər çəkmiş çatdırılıb, ilk tibbi yardım göstərildikdən sonra onların dördü evə buraxılıb.

Paytaxtın təcili və təxirəsalınmaz tibbi yardım xidməti rəhbərinin müavini Rauf Nağıyevin Trend -un müxbirinə bildirdiyinə görə, hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib, - fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib. İki nəfər həlak olub, dörd nəfər yaralanıb, - Mirzəyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti