...

Tehrandan Yerevana uçan təyyarə qəzaya uğrayıb, bortda 168 nəfər olub (ƏLAVƏ OLUNUB 11)

Hadisə Materials 15 İyul 2009 13:46 (UTC +04:00)
Tehrandan Yerevana uçan təyyarə qəzaya uğrayıb, bortda 168 nəfər olub (ƏLAVƏ OLUNUB 11)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir T.Cəfərov /

İranın Qəzvin şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. İran televiziyasının məlumatına görə, bortda 168 nəfər olub.

İranın "Caspian Airlines" aviaşirkətinə məxsus olan Tu-154 tipli sərnişin təyyarəsi 7908 nömrəli reyslə Tehrandan Yerevana uçurmuş.

"Təyyarə tamamilə dağılıb. Təyyarədəki bütün sərnişinlər həlak olub, cəsədlər yanmış vəziyyətdədir", - deyə Qəzvin şəhərinin polis rəisi, general Məsud Cəfəri bildirib. Məlumatı MEHR agentliyi xəbər verir.

Təyyarədə texniki nasazlıqlar yaranıb, bundan sonra isə qəza enişinə cəhd göstərilib. Bu barədə MEHR agebtliyi xəbər verir.

İranın mülki aviasiya təşkilatının mətbuat katibi demişdi ki, həlak olan sərnişinlər barədə hələ ki, dəqiq məlumat yoxdur. Yaxın saatlarda bu barədə ətraflı məlumat veriləcək.

Aviaşirkətin Yerevandakı nümayəndəliyindən "Novosti-Armeniya" agentliyinə bildirilib ki, təyyarənin bortunda 153 nəfər olub.

Agentliyin müsahibinin sözlərinə görə, bortda əsasən Ermənistan vətəndaşları olub. Əldə olunan məlumatlara görə, təyyarədə Gürcüstan vətəndaşları da olub. İlkin məlumatlara görə, bütün sərnişinlər həlak olublar.

"Təyyarənin bortunda əsasən Ermənistan və Gürcüstan vətəndaşları olub", - RİA Novosti agenliyinə "Caspian Airlines"-in nümayəndəsi bildirib.

Ölənlər arasında İran əsilli 15 ekipaj üzvü və iki uşaq da daxil olmaqla, 153 sərnişin var. Bu barədə ILNA agentliyi xəbər verir.

ILNA agentliyi ekipajın altı üzvünün soyadını elan edib: kapitan - Şirəkbəri, ekipaj üzvləri -Qaimməqami, Məliknejad, Aslani, Fərhadi, Cavani.

MEHR agenliyinin məlumatlarına əsasən təyyarənin bortunda Yerevana təlim məşq toplantısına yollanan İranın cüdo üzrə gənclər ibarət milli komandası da olub. Komandanın üzvləri Vahid İbrahimi, İman Zeynivənd, Hüseyn Bəna, Səid Rəsuli, Mustafa Səbbahi, Yəhya Bağırpur, Müseyib Əzizullahi, Əlirza Ləqri, baş məşqçi Əli Bəhrami, məşqçi Əli Mühəddisdir.

Son 30 il ərzində İranda baş vermiş təyyarə qəzaları nəticəsində, Qəzvin şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan 168 nəfər də daxil olmaqla, 1610 nəfər həlak olub. Bu barədə İranın Uçuşların Təhlükəsizliyi Xidməti bildirib. İranda cəmi 1530 təyyarə qəzası baş verib ki, onlardan 40-ı 1979-cu il İslam İnqilabına kimi qeydə alınıb.

Məqalə müəllifi iləı əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti