...

Azərbaycan paytaxtında valyutadəyişmə məntəqəsinə basqın olub

Hadisə Materials 12 Noyabr 2009 11:17 (UTC +04:00)
Bakının Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev cümə axşamı Trend News-a bildirib ki, Nərimanov rayonunda, Atatürk prospektində yerləşən “Debütbank”ın 24 saylı valyutadəyişmə məntəqəsinin əməkdaşı Tərlan Məlikova naməlum şəxs tərəfindən silahlı hücum olub.
Azərbaycan paytaxtında valyutadəyişmə məntəqəsinə basqın olub

Azərbaycan, Bakı, 12 noyabr / Trend , K.Zərbalıyeva/

Azərbaycan paytaxtında bu gün səhər saatlarında valyutadəyişmə məntəqəsinə silahlı basqın olub.

Bakının Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev cümə axşamı Trend -a bildirib ki, Nərimanov rayonunda, Atatürk prospektində yerləşən "Debütbank"ın 24 saylı valyutadəyişmə məntəqəsinin əməkdaşı Tərlan Məlikova naməlum şəxs tərəfindən silahlı hücum olub. Basqınçı Məlikovu yaralayıb və üstündə olan pulu götürərək avtomobillə hadisə yerindən qaçıb.

Prokuror müavini bildirib ki, Məlikov ağır xəsarət alıb və Tibbi Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.

Quliyevin sözlərinə görə, ilkin məlumata görə, Məlikova hücum edən şəxs bir nəfər olub. Lakin cinayətin bir neçə nəfər tərəfindən təşkil olunduğu istisna olunmur.

Prokuror müavini basqınçının apardığı pulun məbləğinin hələlik müəyyənləşdirilmədiyini deyib.

Cinayəti törədən şəxslərin axtarışı üçün əməliyyat tədbirləri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti