RED. əlav.: zərərçəkmiş haqqında əlavə olunub
Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Bakının Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində binanın qalıqları altından bir nəfərin cəsədi çıxarılıb. Onun şəxsiyyəti hələ məlum deyil. Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.
Bakının Binəqədi rayonunun Yol Təmir-Tikinti İdarəsinin binasında səhər saat 05.29 radələrində partlayış baş verib.
"Hadisənin səbəbləri araşdırılır", - Mirzəyev deyib.
Əvvəlcə ilkin məlumata əsasən, FHN partlayışın qazsızması səbəbindən baş verdiyini bildirib.
Binəqədi rayon prokurorluğunun müstəntiqi İlyas Seyidov Trend -a bildirib ki, partlayış baş verən bina fərdi yaşayış evidir. "Hazırda ev sahibinin şəxsiyyəti dəqiqləşdirilir", - Seyidov bildirib.
Onun sözlərinə görə, partlayış zamanı həlak olan Xoşbəxt Babayev dağılan binada təmir işləri ilə məşğul olub.
"Partlayışın səbəbi dəqiqləşdirilir, hələlik cinayət işi açılmayıb", - Seyidov deyib.
Xoşbəxt Babayevin arvadı Mirxanım Babayevanın Trend -a verdiyi məlumata əsasən, onun həyat yoldaşı həmin evdə usta işləyib.