Bakıda "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub - FHN

Hadisə Materials 22 Aprel 2010 12:43 (UTC +04:00)
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub, - Trend cümə axşamı FHN-in rəsmi saytına istinadən məlumat yayıb.
Bakıda "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub - FHN

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub, - Trend cümə axşamı FHN-in rəsmi saytına istinadən məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün dərhal göstərilən ünvana cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt qeyd olunan restoranda və yaxınlıqdakı insanların təhlükəsizliyini təmin edib. Daha sonra nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə restoranda (texniki və xidməti otaqlarda, çardaqda, elektrik və digər məişət avadanlıqlarında, şitlərdə, sanitar qovşağında, zirzəmidə, masa və oturacaqlarda, mətbəxdə və s.) və yaxınlıqda axtarış aparıblar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti