...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus avtomobil aşıb, 4 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Yanvar 2011 17:41 (UTC +04:00)
Aşdaş rayon polis şöbəsinin məlumatı əlavə olunub. İlk xəbər saat 17:13-də yayılıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus avtomobil aşıb, 4 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Aşdaş rayon polis şöbəsinin məlumatı əlavə olunub. İlk xəbər saat 17:13-də yayılıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ağdaş rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin Göyçay ərazi idarəsinə məxsus avtomobil qəzaya uğrayıb.

Ağdaş rayon prokurorluğundan cümə günü Trend-ə bildirilib ki, bu gün günorta saatlarında idarəyə məxsus avtomobil Yevlax rayonunda keçirilən tədbirdən geri qayıdarkən qəza törədib.

Hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

Prokurorluqdan bildirilib ki, qəza zamanı Göyçay ərazi idarəsinin 3 nəfər əməkdaşı xəsarət alıb və onlar Ağdaş rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırmaya başlanılıb.

Ağdaş rayon polis şöbəsinin müstəntiqi Şirazi Qasımzadə Trend-ə bildirib ki, bu gün Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində Səbuhi Süleymanov idarə etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional mərkəzinə məxsus VAZ 2107 markalı 90 HD 628 dövlət nömrə nişanlı avtomobili aşırıb.

Avtomobildə olan regional mərkəzin 5 əməkdaşından dördü xəsarət alıb. Müstəntiq bildirib ki, sürücü indiyədək şokdan ayılmayıb.

32 yaşlı Fuad Kərimov, Elşən İsmayılov və 31 yaşlı Mənsur Nəbiyev xəsarət alıb.

Müstəntiq bildirib ki, qəza mərkəzin əməkdaşları Yevlaxda keçirilən zona müşavirəsindən qayıdarkən baş verib. Avtomobil yüksək sürətlə idarə olunduğundan idarəetməni itirib və aşıb.

Faktla bağlı araşdırma aparılması üçün materiallar rayon prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti