...

Əfqanıstanda hərbi komissarlığa hücum zamanı 33 çağırışçı ölüb, 44-ü yaralanıb

Hadisə Materials 14 Mart 2011 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstanın Qunduz əyalətində hərbi komissarlığa hücum zamanı 33 çağırışçı ölüb, 44-ü yaralanıb. İnsident zamanı 4 uşaq da həlak olub. Bu barədə bazar ertəsi Trend-ə telefonla Qunduz əyaləti qubernatorunun sözçüsü Məhbubullah Səidi bildirib.
Terror aktı bu gün baş verib.

Səidinin sözlərinə görə, hərbi komissarlığa toplanan hərbi çağırışçılara hücum zamanı intiharçı üzərinə bağladığı bombanı partladıb.

Onun bildirdiyinə görə, son bir ildə Qunduz əyalətində taliblərin qərargahları tamamilə dağıdılıb, lakin onlar bəzən terror törətməyə cəhd edirlər.

Xəbər lenti

Xəbər lenti