Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun əsgəri ölüb.
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisindəki N saylı hərbi hissəsinin əsgəri Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə özünü vurub.
1993-cü il təvəllüdlü İbrahimov Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, əsgər təhkim olunmuş silahla ehtiyatsız davranma nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.