...

Azərbaycanda Rusiya vətəndaşı qarət olunub

Hadisə Materials 3 Oktyabr 2011 16:02 (UTC +04:00)
Azərbaycana qonaq gəlmiş Rusiya vətəndaşı qarət olunub.
Azərbaycanda Rusiya vətəndaşı qarət olunub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycana qonaq gəlmiş Rusiya vətəndaşı qarət olunub.

Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərinə qonaq gəlmiş Rusiya Federasiyasının Oryol şəhərində yaşayan Emiliya Rodinaya sentyabrın 29-da Dəmir Yolu Stansiyasının yaxınlığında küt alətlə baş nahiyəsindən xəsarət yetirərək 1000 dollar və 40 manat pulunu götürüblər.

Onun ölməsini ehtimal edərək yaxınlıqdan keçən Samur-Abşeron su kanalına atıblar.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Əliyev tutulub.

Xəbər lenti

Xəbər lenti