...

Nümayişçilər Türkiyə Nazirlər Kabinetinin binasına daxil olmağa cəhd ediblər

Hadisə Materials 19 Oktyabr 2011 14:32 (UTC +04:00)
Türkiyə Nazirlər Kabinetinin binası qarşısında nümayiş keçirilir. Nümayişçilər bu gün Kürd Fəhlə Partiyasının (PKK) Türkiyə hərbiçilərinə qarşı törətdiyi terror aktını qəzəblə pisləyirlər.
Nümayişçilər Türkiyə Nazirlər Kabinetinin binasına daxil olmağa cəhd ediblər

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Nazirlər Kabinetinin binası qarşısında nümayiş keçirilir. Nümayişçilər bu gün Kürd Fəhlə Partiyasının (PKK) Türkiyə hərbiçilərinə qarşı törətdiyi terror aktını qəzəblə pisləyirlər. Bu barədə Trend "CNN Türk" kanalına istinadən məlumat verir.

Nümayişçilərdən ibarət bir qrup hətta hökumət binasına daxil olmağa cəhd edib. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib.

Türkiyə Silahlı Qüvvələri PKK yaraqlılarının hərbiçilərə qarşı bugünkü hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı məlumat verib.

Məlum olub ki, yaraqlılar hücumdan sonra İraq ərazisində gizləniblər. Türkiyə HHQ PKK-nın İrqaın şimalındakı mövqelərinə aviazərbələr endirir.

Oktyabrın 19-da terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 nəfər həlak olub, 18 hərbiçi yaralanıb.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti