...

Bərdədə ana ilə qız evdə yanaraq ölüb

Hadisə Materials 27 Dekabr 2011 11:05 (UTC +04:00)
Bərdə rayonunun Böyük Göyüşlü kəndində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Bərdədə ana ilə qız evdə yanaraq ölüb

Azərbaycan, Bərdə, 27 dekabr / Trend müxbir Ş. Cəliloğlu/

Bərdə rayonunun Böyük Göyüşlü kəndində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Trend-in Qarabağ bölgəsi üzrə müxbirinin Bərdə rayon prokurorluğuna istinadən çərşənbə axşamı verdiyi məlumata görə, yanğın bu gün səhər saat 6:00 radələrində Böyük Göyüşlü kəndində Mahir Kazımova məxsus fərdi yaşayış evində baş verib.

Hadisə zamanı evdə olan 1927-ci il təvəllüdlü Kazımova Səyalı Əsəd qızı və onun qızı 1965-ci il təvəllüdlü Kazımova Sevda Heydər qızı ölüb.

Ailənin digər 3 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti