Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Qəzvin şəhərində iki nəfər əhalinin gözü qarşısında edam olunub. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, edam olmuş iki şəxs bir ailənin dörd üzvünü qətlə yetirməkdə ittiham olunub.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.
İranda bir ailəni qanına qəltan edən iki şəxs edam olunub
İranda bir ailəni qanına qəltan edən iki şəxs edam olunub.
