...

Bakı-Şamaxı yolunda iki avtomobil dərəyə yuvarlanıb

Hadisə Materials 4 Yanvar 2012 13:13 (UTC +04:00)
Qobustan rayonunda ötən gün "VAZ" markalı iki minik avtomobili toqquşub.
Bakı-Şamaxı yolunda iki avtomobil dərəyə yuvarlanıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Qobustan rayonunda ötən gün "VAZ" markalı iki minik avtomobili toqquşub. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Bakı-Şamaxı yolunun 96-cı kilometrliyində baş verən qəza nəticəsində hər iki nəqliyyat vasitəsi dərəyə yuvarlanıb, həmin avtomobillərdən birində olan 3 nəfər yaralanıb.

Yaralılar xilasedicilər çatana kimi avtomobildən çıxarılıblar.

Məlumatda bildirilir ki, hadisə yerinə gəlmiş xilasedicilər yaralıların aidiyyəti üzrə aparılmasını təşkil ediblər.

Xəbər lenti

Xəbər lenti