Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Zərdabda 83 yaşlı kişi intihar edib.
Rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, 1929-cu il təvəllüdlü Nurməmməd Nuriyev yaşadığı Zərdab şəhəri, Çingiz Mustafayev küçəsindəki mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.