...

Bakıda "Kamaz" minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Hadisə Materials 12 Yanvar 2012 10:19 (UTC +04:00)
Bakıda yük avtomobili ilə minik avtomobili toqquşub.
Bakıda "Kamaz" minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda yük avtomobili ilə minik maşını toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 11-dən 12-ə keçən gecə saat 02:25-də Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində "Kamaz" markalı avtomobil "VAZ 2107" ilə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti