Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Axtarışda olan Rusiya vətəndaşı Bakıda tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mühafizə İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın CM-nin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan RF-nin vətəndaşı Vahid Xanbutayev tutulub.
Onun Rusiyaya təhvil verilməsi üçün iş aparılır.