...

Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb

Hadisə Materials 28 Yanvar 2012 10:58 (UTC +04:00)
Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb
Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir M.Əliyev/

Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər baş polis idarəsinin şənbə günü yaydığı məlumatda bildirilir.

Ötən il oktyabrın 28-i 93 saylı xətt avtobusunda Balakən rayon sakini Eyvaz Hudulovun cibindən 1030 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Quliyev yanvarın 27-də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti