...

Kiyev-Bakı sərnişin qatarı ilə minik avtomobili toqquşub, ölənlər var

Hadisə Materials 30 Yanvar 2012 16:01 (UTC +04:00)
Dağıstan ərazisində Kiyev-Bakı sərnişin qatarı ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.
Kiyev-Bakı sərnişin qatarı ilə minik avtomobili toqquşub, ölənlər var

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Dağıstan ərazisində Kiyev-Bakı sərnişin qatarı ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nizamlanmayan dəmiryol keçidində baş verən toqquşma nəticəsində avtomobilin 3 sərnişini ölüb, bir sərnişini yaralanıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Belə ki, sürücü nizamlanmayan dəmiryol keçidini sərnişin qatarının sürətini nəzərə almadan keçmək istəyib.

Qəza qatarların hərəkətini dayandırmayıb.

Xəbər lenti

Xəbər lenti