...

Bakıda yaşayış evində partlayış olub, bir ailənin üzvləri xəsarət alıb

Hadisə Materials 16 Fevral 2012 09:32 (UTC +04:00)
Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.
Bakıda yaşayış evində partlayış olub, bir ailənin üzvləri xəsarət alıb

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi 3-gü mədən küçəsi, 62 saylı mənzildə baş verən partlayışda bir ailənin 4 üzvü xəsarət alıb.

Ailə başçısı 33 yaşlı Etibar Musayev, həyat yoldaşı 31 yaşlı Könül Musayeva, onların övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul xəstəxanaya yerləşdiriliblər.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Partlayışın təsirindən mənzil tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti