Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində baş vermiş partlayış zamanı həlak olanların adları məlum olub.
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsindən cümə axşamı Trend-ə bildirilib ki, partlayış baş verən "PTS-225" gəmisində gəminin kapitanı Hacı Xalutayev, mexanik Sahib Feyzullayev, matros Maarif Ağayev, qaynaqçı Mehman Hacıyev həlak olub.
Partlayış gəmidə təmir işləri aparılarkən baş verib.
Trend-in cümə axşamı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata əsasən, ilkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Azərbaycan Dövlət Dəniz Administrasiyasından Trend-ə bildiriblər ki, ilkin ehtimala görə, partlayış baş verən gəmi Qazaxıstanın "Sara" şirkətinə məxsus olub.