...

Bakıda oğul atasını qətlə yetirib

Hadisə Materials 12 Mart 2012 09:36 (UTC +04:00)
O, atasını öldürəndən sonra hadisə yerindən qaçıb.
Bakıda oğul atasını qətlə yetirib

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda oğul atasını qətlə yetirib.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 11-dən 12-nə keçən gecə Naximov küçəsi, 2-ci döngə, ev 17/1-də kirayədə yaşayan 1986-cı il təvəllüdlü Samir İsrafilov aralarında baş verən mübahisə zamanı atası, 1956-cı il təvəllüdlü Yanvar İsrafilovu bıçaqla qətlə yetirib.

O, atasını öldürəndən sonra hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti