Azərbaycan, Bakı, 19 mart / Trend/
Fransanın Tuluza şəhərində naməlum şəxs kollecin yaxınlığında atışma törədib, ən azı üç nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Frans Press agentliyi məlumat verib.
İlkin məlumata görə, yəhudi tədris müəssisələrindən birinin yaxınlığında baş verən atışmanın qurbanlarının ikisı uşaq olub. Fransa KİV-in məlumatına görə, hadisə nəticəsində daha dörd nəfər yaralanıb.
Atəş açan şəxs hadisə yerindən motorollerdə qaçıb.
Hadisənin baş verdiyi şərait, eləcə də həlak olan və yaralananların sayı haqqında məlumatlar dəqiqləşdirilir.