...

Xaçmazda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 23 Mart 2012 11:13 (UTC +04:00)
Xaçmaz rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Xaçmazda ikimərtəbəli evdə yanğın olub

Azərbaycan, Bakı, 23 mart /Trend/

Xaçmaz rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Xudat qəsəbəsində vətəndaşa məxsus hər mərtəbəsi 140 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü 140 kv.m sahədə və 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları və ev əşyaları 110 kv.m sahədə yanıb.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti