...

Azərbaycanda meşə ərazisi yanıb

Hadisə Materials 14 Aprel 2012 13:27 (UTC +04:00)
Xaçmaz rayonu, Müzəffəroba kəndində (rayon mərkəzindən 9 km aralı ) Meşə Ərazisinin Mühafizəsi və Bərpası İdarəsinə məxsus meşə ərazisində 1 ha sahədə kol-kos və qurumuş ağaclar yanıb.
Azərbaycanda meşə ərazisi yanıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir I.Isabalayava/

Xaçmaz rayonu, Müzəffəroba kəndində (rayon mərkəzindən 9 km aralı ) Meşə Ərazisinin Mühafizəsi və Bərpası İdarəsinə məxsus meşə ərazisində 1 ha sahədə kol-kos və qurumuş ağaclar yanıb. Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, meşə ərazisi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın dünən saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ötən gün Xaçmaz rayonu, Muxtadır qəsəbəsində dənizin kənarında qamışlıq sahə 12 ha sahədə yanıb. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi və tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti