...

Azərbaycanda istirahət günlərinin "qan yaddaşı": 7 ölü, 38 yaralı

Hadisə Materials 16 Aprel 2012 09:48 (UTC +04:00)
İstirahət günlərində Azərbaycanda 28 yol qəzasında 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Azərbaycanda istirahət günlərinin "qan yaddaşı": 7 ölü, 38 yaralı

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

İstirahət günlərində Azərbaycanda 28 yol qəzasında 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ağır qəzalar Bakının Səbail, Xəzər rayonlarında, Kürdəmir, Şamaxı, Gəncədə qeydə alınıb.

Aprelin 15-də Bakı-Salyan yolunun 10-cu kilometrliyində "Mercedes" aşıb, nəticədə 1 nəfər ölüb.

Aprelin 14-də Şamaxıda "VAZ 21021" markalı minik avtomobili aşıb. Qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Kürdəmirdə "Mercedes-230" markalı minik avtomobilini yüksək sürətlə idarə edən sürücü idarəetməni itirib və dayanmış, Türkiyə şirkətinə məxsus "TIR" markalı yük maşını ilə toqquşub.

Qəzada minik avtomobilinin sürücüsü hadisə yerində keçinib. Onun cəsədi avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti