Azərbaycan, Bakı, 5 may /Trend/
Yerevanın Respublika meydanında cümə günü axşam saatlarında baş verən partlayış nəticəsində 144 nəfərdən çox adam xəsarət alıb.
Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə hakim Respublika partiyasının seçkiqabağı mitinqindən əvvəl keçirilmiş konsertdə baş verib. Mitinqdə iştirak üçün gələn yeniyetmələrin əlində qazla doldurulmuş yüzlərlə şar partlayıb.
Bəzi məlumatlara əsasən, partlayışın səbəbi siqaret ola bilər.