...

Bakıdan Moskva istiqamətinə gedən qatarın rus bələdçisində XIX əsrə aid dini kitab aşkarlanıb

Hadisə Materials 23 İyun 2012 10:30 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya Federasiyası vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə Rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd “Svəhennoe Evanqelie” kitabı aşkar olunub
Bakıdan Moskva istiqamətinə gedən qatarın rus bələdçisində XIX əsrə aid dini kitab aşkarlanıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakıdan Moskva istiqamətinə gedən qatarın bələdçisində XIX əsrə aid dini kitab aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı "Bakı-Moskva" qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya Federasiyası vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə Rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd "Svəşennoe Evanqelie" kitabı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti