...

Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 7 İyul 2012 10:51 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 19-cu polis bölməsinin əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Koba Kvaxadzedən 1 qramdan artıq heroin aşkar edilib.
Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 7 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 19-cu polis bölməsinin əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Koba Kvaxadzedən 1 qramdan artıq heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, iyunun 24-dən 28-dək olan müddətdə A.Mustafayev küçəsində yaşayan Talıb Qasımovun evindən qıfılı sındırma yolu ilə suvenir, iyunun 28-də İ.Həmid küçəsində yaşayan Ramin Xəlilovun evindən qıfılı sındırma you ilə 1000 manat, qızıl zinət əşyaları oğurlayıb.

İyulun 4-də isə Cavadxan küçəsində yaşayan Mehman Əşrəfovun evindən qıfılı sındırma yolu ilə oğurluğa cəhd edib.

Onun barəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti