...

Bakıda həbsxanaya soğanın içində heroin keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 26 İyul 2012 10:46 (UTC +04:00)
Bakıda məhkuma heroin keçirilməsinin qarşısı alınıb.
Bakıda həbsxanaya soğanın içində heroin keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda məhkuma heroin keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 25-də Nizami rayonu ərazisindəki 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rauf Zülfüqarova tanışı Surxay Budaqov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı sovqatdakı 5 baş soğanın qabığının altında gizlədilmiş 5 bükümdə xalis çəkisi 2,631 qram olan heroin aşkar edilib.

Qeyd edək ki, Zülfüqarov Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olunaraq 9 il azadlıqdan məhrum edilib və həmin müəssisədə cəza çəkir.

Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti