...

Bakıda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Hadisə Materials 26 İyul 2012 11:16 (UTC +04:00)
Bakıda "Hyundai" markalı minik avtomobili aşıb, ölən və xəsarət alanlar var.
Bakıda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda "Hyundai" markalı minik avtomobili aşıb, ölən və xəsarət alanlar var.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 25-daə saat 16:30 radələrində Zirə qəsəbəsində Bakı şəhər sakini Bəhman Zeynalov idarə etdiyi avtomobili idarəetməni itirməsi nəticəsində aşırıb.

Nəticədə Zeynalov hadisə yerində ölüb, sərnişinləri Fərhad Əliyev və Abid Məmmədov bədən xəsarətləri ilə 3 saylı Kliniki Xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti