...

Bakıda bir ailə yol qəzasına düşüb, bir nəfər ölüb

Hadisə Materials 20 Oktyabr 2012 12:56 (UTC +04:00)
Nəticədə xəsarət almış Tağıyev və sərnişinləri - arvadı Zərnişan və oğlu Nihat xəstəxanaya yerləşdiriliblər. Zərnişan orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Bakıda bir ailə yol qəzasına düşüb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir ailə yol qəzasına düşüb, bir nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 19-da saat 19:00 radələrində Qaradağ rayonu ərazisində Qazax rayon sakini Vitali Tağıyev "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Sabirabad rayon sakini Rafət İbrahimovun idarə etdiyi "Hovo" markalı avtomaşına vurub.

Nəticədə xəsarət almış Tağıyev və sərnişinləri - arvadı Zərnişan və oğlu Nihat xəstəxanaya yerləşdiriliblər. Zərnişan orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti