Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Medhiyev/
Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki evlərdən birində yaşayan Habil İbrahimova məxsus evin vanna otağında təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə oranın yanar konstruksiyalar və əşyalar yanıb, xəsarət almış H.İbrahimovun arvadı Gülşən Əfəndiyevaya isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.