...

İrandan BƏƏ-yə qaçaqmalçılıq yolu ilə 250 kq qızıl külçə aparan şəxslər həbs olunub

Hadisə Materials 3 Dekabr 2012 16:10 (UTC +04:00)
İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəmi vasitəsilə qaçaqmalçılıq yolu ilə 250 kiloqramlıq qızıl külçə və 358 ədəd müxtəlif növ sikkə aparmaq istəyən 7 nəfər Hörmüzqan şəhərində həbs olunub.
İrandan BƏƏ-yə qaçaqmalçılıq yolu ilə 250 kq qızıl külçə aparan şəxslər həbs olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Cəfərov/

İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəmi vasitəsilə qaçaqmalçılıq yolu ilə 250 kiloqram qızıl külçə və 358 ədəd müxtəlif növ sikkə aparmaq istəyən 7 nəfər Hörmüzqan şəhərində həbs olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, İranın Hörmüzqan əyalətinin Lengə limanında saxlanılan gəmidə axtarış zamanı ümumilikdə 20 milyon dollar dəyərində olan qızıl külçə və sikkələr müsadirə olunub.

Gəminin 7 nəfərlik ekipajı həbs olunub, onların barəsində cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti