...

Türkiyədə suriyalı qaçqınların düşərgəsində yanğın baş verib, yaralılar var

Hadisə Materials 24 Dekabr 2012 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətinin Ceylanpınar rayonunda suriyalı qaçqınların düşərgəsində yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Anadolu agentliyi xəbər verib.

Yanğın nəticəsində altı uşaq xəsarət alıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Agentliyin məlumatına görə, yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil.

Ən çox sayda suriyalı qaçqın Türkiyə ərazisində yerləşir.
Fövqəladə vəziyyətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, Türkiyədəki suriyalıq açqınların sayı 105 min nəfərə çatıb.
Tükiyə ilə yanaşı, suriyalı qaçqınlar qonşu ərəb ölkələrində - Livanda, İraqda və İordaniya ərazisində də məskunlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti