...

Bakıda top mərmisi tapılıb

Hadisə Materials 28 Dekabr 2012 16:36 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər. Mütəxəssislər tərəfindən 2 ədəd 100 millimetrlik təlim üçün top mərmisi aşkar edilərək götürülüb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
Bakıda top mərmisi tapılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda top mərmisi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər. Mütəxəssislər tərəfindən 2 ədəd 100 millimetrlik təlim üçün top mərmisi aşkar edilərək götürülüb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti