Azərbaycan. Bakı, 11 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin maliyyə naziri Mehmet Şimşəyin təyyarəsi Siirt şəhərində təcili eniş edib. Bu barədə Trend cümə günü "Hurriyyət" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, təyyarə Ankara-Batman istiqamətində uçub.
Təyyarənin göyərtəsində Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören də olub.
Təyyarənin təcili enməsinə Batman şəhərində sıx duman səbəb olub.