Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda 3 saylı istintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Trend-in Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən verdiyi xəbərə görə, PX-nin və 3 saylı istintaq təcridxanasının əməliyyat cihazları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Yanvarın 13-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, AR Cinayət Məcəlləsinin 234.4.2; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Famil Cəbrayıl oğlu Əliyevə xalası oğlu Tosif Asif oğlu Talıbovun gətirdiyi sovqata baxış keçirilən zaman qənd paketinin içərisində gizlətdiyi bir ədəd "Samsunq" mobil telefon aparatı, bir ədəd elektrik qidalandırıcısı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.