...

Bakıda üç nəfər zəhərlənərək ölüb

Hadisə Materials 19 Yanvar 2013 13:12 (UTC +04:00)
Bakıda bir gündə üç nəfər zəhərlənərək dünyasının dəyişib.
Bakıda üç nəfər zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bakıda bir gündə üç nəfər zəhərlənərək dünyasının dəyişib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
yanvarın 18-də Xətai rayonu ərazisində yaşayan İlham Allahverdiyev qidadan zəhərlənərək ölüb.

Həmin gün Suraxanı rayonu ərazisində yaşayan Jalə Baxışova evində dəm qazından zəhərlənərək ölüb.

Binəqədi rayonunun Biləcəri qəsəbə sakini Ramin Əliyev evində dəm qazından zəhərlənərək ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti