...

Şabranda maşın kanala aşıb

Hadisə Materials 19 Yanvar 2013 13:27 (UTC +04:00)
Azərbaycanın Şabran rayonunda maşın kanala aşıb.
Şabranda maşın kanala aşıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şabran rayonunda maşın kanala aşıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Ağbaş kəndi ərazisində Siyəzən rayon sakini Neman Babayev "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu Samur-Abşeron kanalına aşırıb.

Nəticədə avtomaşında sərnişin qismində gedən Cavid Əmirova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb, sürücünün tapılması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti