Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Qaziantep şəhərində fabriklərdən birində partlayış baş verib. Bu barədə Trend Türkiyənin TRT haber telekanalına istinadən məlumat verir.
Hadisə yerinə çoxlu sayda yangınsöndürən maşın cəlb edilib.
Sink istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
Bundan əvvəl partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilmişdi. Yaralıların sayı 11 nəfərdir.
Partlayışın səbəbləri hələ məlum deyil.