Naxçıvanda silah-sursat tapılıb

Hadisə Xəbər 20 Fevral 2013 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini tapdığı silah-sursatı təhvil verib.

Daxili İşər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar respublikasının Babək rayonu Aşağı Buzqov kənd sakini İsa Kərimov tapdığı 1 ədəd ov tüfəngini, 2 ədəd qumbaranı, 5 ədəd tüstüverici şaşkanı, 453 ədəd müxtəlif çaplı patronu və 5 ədəd patron darağını könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti