...

Bakıda usta köməkçisi eyvandan yıxılaraq ölüb

Hadisə Materials 26 Fevral 2013 10:41 (UTC +04:00)
Nəsimi rayonunda hündürmərtəbəli binadan yıxılan usta köməkçisi hadisə yerində ölüb.
Bakıda usta köməkçisi eyvandan yıxılaraq ölüb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Nəsimi rayonunda hündürmərtəbəli binadan yıxılan usta köməkçisi hadisə yerində ölüb.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Nəsimi rayonu, Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində "XXI əsr" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında usta köməkçisi işləyən 1991-ci il təvəllüdlü Əliyev Elvin Tahir oğlu beton binanın 12-ci mərtəbəsində döşəmə işləri ilə məşğul olarkən həmin mərtəbənin eyvanından 4-cü mərtəbədə yerləşən eyvana yıxılıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə çatdıqda artıq Əliyevin aldığı xəsarətlərdən hadisə yerindəcə öldüyü müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti