...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 27 Fevral 2013 02:43 (UTC +04:00)
Fevralın 27-də Xəzər rayonunda ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyü 150 kv.m sahədə yanıb.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 27-də Xəzər rayonunda ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyü 150 kv.m sahədə yanıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər tövlələr yanğından mühafizə olunub. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmin gün Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 208 kv. m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb. ( 10 kv. m sahədə tavanı sökülmüşdür). Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti