...

Azərbaycanda baş redaktora xəsarət yetirilib, onun isə vətəndaşı odlu silahla hədələdiyi bildirilir

Hadisə Materials 15 Mart 2013 12:51 (UTC +04:00)
Daxili İşlər Nazirliyi "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə xəsarət yetirilməsi məsələsinə aydınlıq gətirib.
Azərbaycanda baş redaktora xəsarət yetirilib, onun isə vətəndaşı odlu silahla hədələdiyi bildirilir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə xəsarət yetirilməsi məsələsinə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü, şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru, şəhər sakini Habil Vəliyevin üz nahiyəsinə bıçağın dəstəyi ilə xəsarət yetiriblər.

Eyni zamanda, Emil Zeynalov Yasamal RPİ 27-ci PB-yə müraciət edərək Habil Vəliyevin onu tapança ilə hədələdiyini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nəhiyəsindən xəsarət yetirdiyini bildirib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti