...

Avtomobil oğruları tutuldu

Hadisə Materials 20 Mart 2013 14:41 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 19-da Balakən rayonunun Tülü kənd sakini Rasim Baxşıyev RPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün saat 20:30 radələrində ona məxsus "VAZ-2106" markalı avtomaşının qonşusu Etibar Xipiyev tərəfindən qaçırıldığını bildirib.
Avtomobil oğruları tutuldu

Azərbaycan, Bakı, 20 mart /Trend/

Azərbaycanda avtomobil oğruları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 19-da Balakən rayonunun Tülü kənd sakini Rasim Baxşıyev RPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün saat 20:30 radələrində ona məxsus "VAZ-2106" markalı avtomaşının qonşusu Etibar Xipiyev tərəfindən qaçırıldığını bildirib.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın həmin gün kəndin ərazisində E.Xipiyev tərəfindən idarə edilərkən saxlanılıb.

İlkin yoxlama RPŞ tərəfindən aparılır.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Yusifova məxsus "VAZ-2106" markalı, Füzuli Əliyevə məxsus "VAZ-21011" markalı və Anar Babalıyevə məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmış Bakı şəhər sakini Adil Tağızadə tutulub.

Martın 19-da Nərimanov rayonu C.Hacıbəyli küçəsində Mirabbas İsmayılova məxsus "TOFAŞ" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Müslüm İsgəndərov avtomaşının sahibi tərəfindən saxlanılıb və Nərimanov RPİ-nin əməkdaşlarına təhvil verilib.

M.İsgəndərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Kamran Əliyevə məxsus "Mitsubishi" markalı avtomaşından da şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti