...

Xızıda naməlum kişi avtomobilin altında qalıb

Hadisə Materials 2 Aprel 2013 13:34 (UTC +04:00)
Xızı rayonu ərazisində "Toyota Prado" markalı avtomaşınla 60-65 yaşlı kişi vurulub.
Xızıda naməlum kişi avtomobilin altında qalıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Xızı rayonu ərazisində "Toyota Prado" markalı avtomaşınla 60-65 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 1-də saat 22:40 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində Məşədi Həsən kənd sakini Loğman İsmayılov idarə etdiyi "Toyota Prado" markalı avtomaşınla yolu keçən 60-65 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti