...

Bakıda elektrik yarımstansiyasında tapılmış meyitin kimliyi məlum olub

Hadisə Materials 1 May 2013 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Müşfiqabadda 15 gün əvvəl tapıılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Müşfiqabad qəsəbəsindəki elektrik yarımstansiyasında tapılmış 50-55 yaşlı meyitin şəxsiyyəti müəyyən edilib.

O, aprelin 12-də itkin düşmüş Binəqədi qəsəbə sakini Cəlal Qubayev olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti