...

DİN Tehranın qərbində baş vermiş partlayışların səbəbini açıqlayıb

Hadisə Materials 8 May 2013 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbirlər T.Cəfərov, E.Tarıverdiyeva/

Çərşənbə axşamı Tehranın qərbində baş vermiş partlayışlar döyüş sursatlarının məhv edilməsi ilə bağlı idi. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi bildirib.

Daha əvvəl BBC agentliyi məlumat yaymışdı ki, Tehranın qərbində raketlərin saxlandığı və araşdırmaların aparıldığı ərazidə çərşənbə axşamı 3 partlayış baş verib.

"Bu, köhnə döyüş sursatlarının məhv edilməsi üzrə planlaşdırılmış partlayışlar idi. Bu təbiidir və bütün partlayışlar təhlükəsizlik tədbirlərinə riayət etməklə həyata keçirilib", - Abdullahi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti