...

İraqda partlayışlar: 9 ölü, 30 yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 May 2013 21:13 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:23-də yayılıb)

Azərbaycan, Bakı, 15 may /Trend/

İraqın paytaxtı Bağdadda və Kərkük şəhərində 3 partlayış baş verib, 9 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Təhlükəsizlik orqanlarından verilən məlumata görə, Kərkükün əl-Xadra məhəlləsində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Polis rəisi Adil Zeynalabidini hədəf alan partlayışda isə 8 nəfər yaralanıb.

Həmçinin, Bağdadın şimalında motosikletdə partlayıcı maddənin işə düşməsi nəticəsində 1 polis işçisi dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.

Bundan əvvəl yerli hakimiyyət terror aktları nəticəsində 10 nəfərin öldüyünü, 14 nəfərin isə xəsarət aldığını bəyan etmişdi.

Ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hələ ki partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti