Azərbaycan, Bakı, 29 may /Trend/
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində bir nəfər intihara cəhd edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1993-cü il təvəllüdlü bir nəfər özünü çoxmərtəbəli yaşayış binasının 17-ci mətəbəsindən atmaqla hədələyir. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.